İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-yə İrandan gələn təhlükəyə qarşı çıxmaq üçün Yaxın Şərqdə NATO-ya bənzər bir ittifaq yaratmağı təklif edib.
“BUTA.TV” xarici mətbuata istinadən xəbər verir ki, o, bunu ABŞ Konqresində çıxışı zamanı bildirib.
“İndi mən bütövlükdə Yaxın Şərqlə bağlı baxışlarımı ümumiləşdirmək istərdim. Bu, qismən İkinci Dünya Müharibəsindən sonra şahidi olduğumuz şeylərə əsaslanır. Müharibədən sonra Amerika artan təhlükələrə qarşı Avropada təhlükəsizlik ittifaqı yaratdı. ABŞ və İsrail İrandan gələ biləcək mümkün təhlükəyə qarşı indi Yaxın Şərqdə təhlükəsizlik ittifaqı yarada bilər”, - Netanyahu deyib.
Siyasətçinin sözlərinə görə, regionda yəhudi dövləti ilə münasibətləri normallaşdıran hər bir ölkəyə yeni yaradılacaq alyansda üzvlük verilməlidir
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir
- Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı