Paytaxtda yerləşən Böyükşor gölünün bir hissəsindən ətrafa kəskin, spesifik qoxu yayılır. Xüsusilə yay aylarında göldən gələn üfunət dözülməz həddə olur.
Dözülməz qoxuya səbəb kimi gölə axıdılan kanalizasiya suları göstərilir. Digər variantlar da səsləndirilir.
Bəs kəskin qoxunun yaranması nə ilə əlaqədardır? Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülür?
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov Bizim.media-ya bildirib ki, göldən spesifik qoxunun ətrafa yayılması ilə bağlı idarə mütəxəssisləri gölün ətrafında monitorinq keçirib və ölçmə işləri aparıblar.
O qeyd edib ki, monitorinq müddətində sözügedən ərazidə spesifik iy müşahidə olunsa da, hava keyfiyyəti üzrə aparılmış ölçmə işlərinin nəticələrinə əsasən, atmosfer havasında zərərli qaz qarışıqlarının miqdarı yol verilən hədd daxilində olub:
“Aparılan monitorinq zamanı müəyyən edilib ki, Böyükşor gölündən gələn qoxunun səbəbi havaların isti keçməsi nəticəsində göldə suyun buxarlanması, nəticədə suyun səviyyəsinin enməsi və lilli ərazilərin açıqda qalmasıdır”.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir