Nikol Paşinyan Milli Assambleyanın hakim “Mülki müqavilə” fraksiyasının üzvlərini əmin edib ki, ölkədə parlament seçkiləri 2026-cı ildən tez keçirilməyəcək.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə fraksiyadan adı açıqlanmayan mənbə “Hraparak”a bildirib.
Məlumata görə, baş nazir seçkilərin bu il heç bir halda tez baş tutmayacağını, bu səbəbdən erkən təşviqat kampaniyasına başlamağın mənasız olduğunu deyib.
Mənbə qeyd edib ki, Paşinyan payızda Ermənistanın xarici siyasəti ilə bağlı sürpriz proseslərin olacağının mesajını verib.
İddialara görə, Avropa İttifaqının Ermənistanı qəbul etməməsi, Qərbin İrəvanın istədiyi kimi maliyyə yardımı ayırmaması fonunda Paşinyan yenidən Rusiyaya yönəlməyi düşünür. Bunun üçün isə o, Moskvadan ilk olaraq təhlükəsizliyi üçün təminat almaq istəyir.
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video
- Xankəndidə avtobus marşrutları fəaliyyətə başlayır
- BTQ-dən dünyaya çağırış: Obyektiv qiymət verilsin!
- Bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilir