ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.
“BUTA.TV” xəbər verir ki, dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.
Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.
Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.
Mənbə: Report.az
- “Mersedes”lə qəza törətdi: anası öldü
- XİN-də işləmək istəyənlərin nəzərinə: Qeydiyyatda yenilik...
- Kürə görə ezam olunmuşdu, qəza törətdi: 1 ölü, 4 yaralı - Foto
- Diqqət: Pensiyaların ödənişi başa çatdı!
- TÜRKPA Türkiyə bayrağının yandırılmasını qınadı
- Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi
- Rusiyada müəllimin azərbaycanlı haqda sözləri... - Qalmaqal
- Qobustanda ölən işçi ilə bağlı şok təfərrüat... - Video