Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Fəzail Məcidov, qardaşı Fədayıl, İnqilab İsmiyev və Elşad Heydərli saxlanılıblar.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iki qardaşa məxsus rayonun Çöl Beşdəli kəndi ərazisində yerləşən fermanın sahəsinə baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edərək yetirdikləri yaş çəkisi yarım ton olan 516 ədəd çətənə kolu və 6 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video