Fransa millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş müdafiəçisi Patris Evra iki il sınaq müddəti təyin olunmaqla 12 aylıq şərti həbs cəzasına məhkum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
Buna Evranın 2021-ci ilin mayından 2023-cü ilin sentyabrına qədər ailəsini maddi cəhətdən təmin etməməsi səbəb olub. Beşqat İngiltərə çempionu aliment üçün 969 min avro ödəməlidir. 43 yaşlı Evra həyat yoldaşı və iki övladından ayrı yaşayır.
O, məhkəmənin qərarından apellyasiya şikayəti verib. Evranın vəkilinin sözlərinə görə, keçmiş futbolçu ailəni mənzil və hovuzlu evlə təmin edib. Patris həmçinin həyat yoldaşına verdiyi 2 milyon avro borcu qaytara bilmir.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video