Ermənistanın 2025-ci il üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ödəməli olduğu üzvlük haqqı hesablanacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın təşkilat yanında daimi nümayəndəsi Viktor Vasilyev deyib.
“2025-ci ilin büdcə layihəsinə baxılacaq, bütün maddələr buna uyğun hesablanacaq”, - o bildirib.
V.Vasilyevin sözlərinə görə, İrəvanın haqqı ödəyib-ödəməyəcəyi ölkə rəhbərliyinin siyasi iradəsidir.
O qeyd edib ki, KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür - Rusiya ümumi məbləğin yarısını, qalan 50%-i isə digər beş dövlət, hər biri 10 % ödəməlidir:
“Ermənistanın 2024-cü il üçün ödəməli olduğu məbləğ 53,22 milyon rubl müəyyən edilib”.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video