Almaniyada keçmiş kansler Angela Merkelin təqaüddəki həyatından bəhs edən "Miss Merkel" adlı serial yayımlanıb.
Kult.az xəbər verir ki, serial ölkədə böyük maraqla qarşılanıb.
Süjetə görə, keçmiş Almaniya kansleri təqaüdə çıxdıqdan sonra öz mops cinsli iti ilə birlikdə cinayətləri araşdırır.
Baş rolu alman aktrisa Katarina Talbax ifa edir. Layihə David Safyenin eyniadlı kitabı əsasında çəkilib.
"Miss Merkel" sosial şəbəkələrdə də böyük müzakirələrə səbəb olub. İstifadəçilər serialı izlərkən qarışıq hisslər keçirdiklərini vurğulayıblar.
"Bizə daha az bioqrafik filmlər və daha çox belə əsərlər lazımdır... Bu, televiziya tarixinin ən böyük şousu ola bilər", - deyə istifadəçilər yazıblar.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video