Hacıqabulda zəncirvari yol qəzasında 9 nəfər xəsarət alıb.
BUTA.TV-ın Report-a istinadən məlumatına görə, rayonun Qarasu kəndi ərazisində baş verən yol qəzası zamanı hərəkətdə ola TIR yük maşını aşaraq iki mikroavtobusa çırpılıb.
Qəza nəticəsində Türkiyə vətandaşları, 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Arpslan Ferhad, Bakı şəhər sakinləri, 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri, 2006-cı il təvəllüdlü Verdiyeva Cəmilə Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türk vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
- Bakının mərkəzində inanılmaz gözəllik - Video
- Bakıda fəhlə hündürlükdən yıxılaraq öldü
- Bakıda yeni proses başlayır: yüzlərlə ailə köçürüləcək - Detallar
- Qanunsuz saxlanılan silahlar aşkarlandı
- Bakıda avtobus kişini vuraraq öldürdü
- Marketdə yanğın oldu - Video
- Sosial mənzillərlə bağlı kimlər yenidən müraciət edə bilər? - Video
- Qaydanı pozdu, nömrəni palçıqladı, həbs edildi - Video