NATO-nun 20-dən çox ölkəsi Ukrayna ilə təhlükəsizlik sazişi imzalayıb.
BUTA.TV xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının iclasından əvvəl keçirdiyi mətbuat konfransında deyib.
Bundan əvvəl NATO-ya üzv ölkələrin liderləri Vaşinqtonda keçirilən sammitdə 2025-ci ildə Ukraynaya 40 milyard avroluq hərbi yardım göstərmək barədə razılığa gəliblər.
Sənəddə vurğulanıb ki, NATO ölkələri Ukraynaya təsdiq edilmiş hərbi yardımın göstərilməsi prosesi haqqında ildə iki dəfə hesabat verəcəklər.
Qeyd edək ki, NATO-ya 32 üzv ölkə daxildir.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video