ABŞ-ın Ukraynaya 225 milyon dollarlıq yeni yardım paketinə “Patriot” zenit-raket kompleksi üçün batareya, NASAMS hava hücumundan müdafiə sistemləri üçün mərmilər və digər döyüş sursatları daxildir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.
“Bu 225 milyon dollarlıq paketə “Patriot” raket batareyası, NASAMS mərmiləri, “Stinger” daşına bilən hava hücumundan müdafiə raketləri, HIMARS reaktiv yaylım atəşi üçün mərmilər, 155 mm və 105 mm-lik mərmilər, TOW tank əleyhinə mərmilər, həmçinin Javelin və AT-4 üçün mərmilər, atıcı silahlar üçün güllələr və əlavə avadanlıqlar daxildir”, - deyə Blinken bildirib.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video