Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə, 16 ünvanında uzun müddətdir fəaliyyət göstərən obyektləri söküblər.
BUTA.TV xəbər verir ki, 30 ildən çoxdur burada çalışan sahibkarların sözlərinə görə, onlara heç bir xəbərdarlıq olunmadan söküntü işlərinə başlayıblar və malları dağıntılar altında qalıb.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun sözlərinə görə, həmin ərazi yataqxananın ərazisidir. Gələcəkdə təmir olunaraq istifadəyə veriləcək. Obyekt sahiblərinə isə aylardır xəbərdarlıq olunub və bəziləri məhkəməyə verilib.
Ətraflı Baku TV-nin süjetində:
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video