Avropa Birliyi (AB) ölkələri Macarıstanın Baş naziri Viktor Orbanın Moskva və Pekinə səfərləri ilə əlaqədar bu ölkənin AB Şurasına sədrlikdən məhrum edilməsi ilə bağlı heç bir konkret tədbir təqdim etməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Euractiv” portalı avropalı diplomatlara istinadən məlumat yayıb.
“Heç kim Macarıstanın sədrlik müddətinin dayandırılması və ya qısaldılması məsələsini qaldırmayıb”, - deyə portalın həmsöhbətlərindən biri bildirib.
Belə ki, 27 ölkədən 25-i Macarıstanın AB-yə sədrliyinin ilk günlərində Orbanın Rusiya və Çinə səfərlərindən narazılığını ifadə edib.
Yalnız Slovakiya tənqidi yanaşmayıb və çərşənbə günü keçirilən iclasda bu məsələnin müzakirəsində iştirak etməyib.
- Kürdəmirdə iki gün əvvəl əməliyyat olunan şəxs öldü
- Bakıda yaşayış binasında yanğın başladı - Video
- Pulunu dollarlarla saxlayanlara şad xəbər
- Bazar günü hava necə olacaq?
- Narkotik qəbul edib, sükan arxasına keçən şəxs həbs olundu
- FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırdı
- Bu ərazilərə qar yağır
- Bakının mərkəzində inanılmaz gözəllik - Video