İranda növbədənkənar prezident seçkisinin keçirilməsi və Məsud Pezeşkianın qələbəsindən sonra onun rəqibləri Səid Cəlili və Məhəmməd Bagir Qalibaf arasında çəkişmə və qarşıdurma güclənib.
BUTA.TV xəbər verir ki, bu, seçki qərargahlarının yaydığı bəyanatlardan məlum olur.
Mühafizəkar “İnqilab Cəbhəsi” siyasi cərəyanına mənsub olan iki namizədin seçki qərargahları yaydıqları bəyanatlarda Pezeşkianın qələbəsinə görə bir-birlərini günahlandırıblar.
Qalibaf birinci turda Səid Cəlilinin onun xeyrinə namizədliyini geri götürmədiyini, Məsud Pezeşkianın qələbə çaldığını və bunun nəticəsində də “İbrahim Rəisi siyasi kursu”nun başa çatdığını deyib.
Səid Cəlili də oxşar bəyanat yayaraq, parlament sədri Məhəmməd Bagir Qalibafı ittiham edib.
Bəyanatlardan məlum olub ki, seçkidən əvvəl SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani Cəlili və Qalibafla Məşhəd şəhərində qapalı iclas keçirib və onlardan birinin digərinin xeyrinə namizədliyini geri götürməsini istəyib.
Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq, İranın 9-cu prezidenti seçilib.
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı
- 62 yaşlı qadın faciəvi şəkildə öldü
- Qurumlar yararsız maşınları sığortalayır - Palata
- İntensiv yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Orta Dəhlizin inkişafı üzrə mühüm sənədlər imzalandı
- Şərurda avtomobilini yandıran sərxoş sürücü saxlanıldı