Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində İspaniya yığmasına məğlub olan meydan sahiblərinin azarkeşləri ilə ingiltərəli fanatlar arasında dava düşüb.
BUTA.TV xəbər verir ki, buna İngiltərə millisinin azarkeşlərinin almaniyalı həmkarlarını ələ salması səbəb olub.
İngiltərəli azarkeşlər yerli fanatları Almaniyanın mübarizəni dayandırmasına görə ələ salıb, onları təhqir edən mahnılar və İspaniyanı dəstəkləyən şüarlar səsləndiriblər. Bu, fanatların bir-birinə plastik qablar atmasına və nəticədə davaya səbəb olub. Polislər hadisəyə müdaxilə etmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, İspaniya yığması Almaniyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq yarımfinala vəsiqə qazanıb.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı