Rusiya Prezidenti Vladimir Putin Məsud Pezeşkiana İran prezidenti seçilməsi münasibətilə təbrik teleqramı ünvanlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
“Hörmətli cənab Pezeşkian, İran İslam Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbrikləri qəbul edin, Rusiya-İran münasibətləri dostluq və mehriban qonşuluq münasibətləridir, Moskva və Tehran beynəlxalq gündəmdəki aktual məsələlərin həlli istiqamətində səyləri səmərəli şəkildə əlaqələndirir”, - teleqramda vurğulanıb.
Putin ümidvar olduğunu bildirib ki, Pezeşkianın fəaliyyəti regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, Rusiya və İran xalqlarının mənafeyi naminə bütün sahələrdə konstruktiv ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.
Qeyd edək ki, İranda ötən gün keçirilən prezident seçkilərinin ikinci turunda qalib gələn azərbaycanlı Məsud Pezeşkianı ilk təbrik edən liderlər Pakistan Baş naziri Şahbaz Şərif və Azərbaycan Prezidenti İlham Əliyevdir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı