Bakıda 208 saylı marşrut avtobusunu qapısı açıq formada idarə edən sürücü barəsində qanuna müvafiq tədbir görülüb.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis kapitanı Pərvanə Muradova məlumat verib.
"Sosial şəbəkədə yayılan videogörüntü ilə əlaqədar tərəfimizdən araşdırılma aparılıb və sürücü müəyyənləşdirilərək barəsində qanuna müvafiq tədbir görülüb", - deyə P.Muradova qeyd edib.
Xatırladaq ki, ötən gün 208 saylı xətt üzrə marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq şəkildə idarə etmişdi.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı