"Opta" superkompüteri Almaniya millisinin Avro-2024-ün qalibi olmaq şansının yüksək olduğunu bildirib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hesablamalara görə, Yulian Naqelsmanın rəhbərlik etdiyi komandanın qitə birinciliyini qazanmaq şansı 20 faizdir. Superkompüterin məlumatına görə, ikinci sırada turnirdə qalib olmaq şansı 19,2% olan İspaniya millisi gəlir.
Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Almaniya və İspaniya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı