ABŞ Dövlət Departamenti Rusiya ordusunun hazırkı cəbhəni genişləndirməyə çalışacağı təqdirdə Vaşinqtonun Ukraynaya Rusiya ərazisinə daha böyük məsafədən zərbə endirməsinə icazə verəcəyini istisna etmir.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayen Rusiyanın neçə hava bazasının ATACMS raketlərinin atış mənzilində olması ilə bağlı suala cavabında deyib.
Obrayen eyni zamanda Rusiya Federasiyasının sərhəd ərazilərinə edilən hücumlara görə güc itirdiyini bildirib.
Qeyd edək ki, ATACMS raketlərinin atəş mənzili 300 km-dir. Hazırda ABŞ silahları ilə yalnız sərhəd ərazilərdə Ukraynaya təhlükə yaradan hərbi obyektləri vurmağa icazə verilib.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı