Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyin edilib.
BUTA.TV Qaynarinfo.az-a istinadla xəbər verir ki, Penitensiar Xidmətin rəisi ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında sözügedən vəzifəyə rəis əvəzi Fariz Natiq oğlu Əliyev gətirilib.
Qeyd edək ki, Fariz Əliyev həmçinin sözügedən müəssisənin rəis müavinidir.
Xatırladaq ki, 6 saylı cəzaçəkmə müəssisəsinin təqaüdə göndərilən sabiq rəisi Məmməd Mahmudov baş nazirin sabiq müavini Abid Şərifovun kürəkənidir.
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı
- Bu şəhərlərdə WUF13 Festivalı keçiriləcək: İştirak sərbəstdir
- QHT nümayəndələri Nyu-York merinə məktub yazdı