“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabi karyerasını Türkiyədə davam etdirəcək.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi I liqa təmsilçisi “Bandırmaspor”la müqavilə imzalayıb.
Bu barədə klub mətbuat xidməti məlumat yayıb. Onunla 2025/2026 mövsümünün sonuna kimi müqavilə imzalanıb. Bir il “Qarabağ”ın şərəfini qoruyan Diakabi mövsümün sonunda komandadan ayrılıb.
Qeyd edək ki, fransalı futbolçu “Qarabağ”ın heyətində Premyer Liqada son mövsümdə 16 oyunda 5 qol, 2 assistlə yadda qalıb.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı