İsrail ABŞ Prezidenti Co Baydenin təklif etdiyi Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Girovlarımızı azad etmək kimi müqəddəs missiyaya gəlincə, İsrailin Prezident Baydenin dəstəklədiyi azadetmə planı ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə HƏMAS-dır. Diplomatik və hərbi təzyiqləri, xüsusən də sonuncuları birləşdirməklə biz onların hamısını - diri və ölü - 120 girovu geri qaytaracağıq”, - Netanyahu bildirib.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı