Fransa Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilərin birinci turu Yeni Kaledoniyanın Uailu kommunasında seçki məntəqələrində pozulub.
BUTA.TV xəbər verir ki, bu barədə “Outre-mer La Premiere” telekanalı məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər bələdiyyə binasının girişini avtomobillə kəsərək yandırıblar, həmçinin orada ağır beton blok və ağac budaqlarını qoyublar.
Nəticədə nə seçicilər, nə də bələdiyyə sədri binaya daxil ola biliblər.
Ümumilikdə iğtişaşlarda 100-dən çox adam iştirak edib. Hadisə yerinə jandarm xüsusi təyinatlıları göndərilib, lakin media qarşıdurma nəticəsində başqa heç kimin xəsarət almadığını bildirib.
Qeyd edək ki, iyunun 30-da Fransada Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin birinci turu keçirilir.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı