Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.
BUTA.TV xəbər verir ki, əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.
İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək. Oyunun baş hakimi türkiyəli referi Xəlil Ümid Melerdir.
Günün digər matçı Kölndə keçiriləcək. Fransız referi Fransua Leteksyenin idarə edəcəyi İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı