Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının yeni mahnısı təqdim olunub.
"Yaxşıların qardaşı" adlı ifa meyxanaçının rəsmi yutub hesabında yayımlanıb. O, mahnını həmkarı Natiq Ələkbərli ilə birgə səsləndirib.
R.Dağlının instaqram hesabında bildirilib ki, mahnı o, həbs olunmamışdan əvvəl yazılıb:
"Şairin yarım qalmış mahnısı. Sanki öz həyatını yazıb. Həbs olunmamışdan əvvəl".
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. /Axşam.az
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi
- 15 yaşlı oğlan özünü öldürdü: Oyunda vaxt qoyublarmış - Şok
- Ağır günlərdə Türkiyənin ətrafında səfərbər olduq