Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.
BUTA.TV xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.
Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbə ilə Avropa çempionu olub.
Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.
Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video
- Şəkili Pərviz yenə saxlanıldı
- Əcnəbilərlə evliliyin artmasının əsas səbəbi nədir? - Video
- Xəzər sahilində ev tikənlərə xəbərdarlıq - Video
- Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlandı
- Bu evlərə görə cərimələnə bilərsiniz - Diqqət!
- Axtarışda olan 153 nəfər saxlanıldı