Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.
Azərbaycan Boks Federasiyasından BUTA.TV-a verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.
Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.
O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.
Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video