Bu gün İranda növbədənkənar prezident seçkilərinin keçirildiyi vaxtda Ərdəbil şəhərində iki sosial media istifadəçisi həbs edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Baş prokuroru Calal Afaqi açıqlama verib.
O, həmin şəxslərin "yalan məlumat yaymaqla" seçki prosesinə təsir etmək istədiklərini deyib.
"Seçkilərin təhlükəsizliyi və sağlam şəraitdə keçirilməsi bizim qırmızı xəttimizdir, saxlanılan şəxslər barəsində cinayət işi açılıb", - Afaqi bildirib.
O, həbs edilənlərin kimliyi barədə əlavə məlumat verməyib.
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava
- Yeni qaydalar: Binalarda kombilərin dövrü bitir? - Video