Sumqayıtda yaşayış binasında yanğın baş verib, tüstüdən zəhərlənənlər var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə, keçmiş məcburi köçkünlərin yaşadığı binada qeydə alınıb.
İlkin məlumata görə, 4 nəfər tüstüdən zəhərlənib. Təcili tibbi yardımın köməyi ilə onlar xəstəxanaya çatdırılıb.
Ümumilikdə 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu