Rusiyanın Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə Bakıya gəliblər.
Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, gəmi heyətləri Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndələri tərəfindən qarşılanıb. Gəmi heyətləri üçün səfər çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil ediləcək, həmçinin hərbi dənizçilərin idman yarışı üzrə yoldaşlıq görüşü keçiriləcək.
Qeyri-rəsmi dostluq səfəri iyunun 30-dək davam edəcək.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...
- Xəzərdə zəlzələ oldu
- Bu ərazilərə qar yağdı – Faktiki hava