Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
BUTA.TV Lent.az-a istinadla xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.
İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77 YD 327 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz E350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02 BU 150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyn oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb.
Qeyd edək ki, R.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...