Ötən gecə Tehranın İnqilab meydanında prezidentliyə namizəd olan Məsud Pezeşkianla Məhəmməd Bagir Qalibafın tərəfdarları arasında dava olub.
BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Münaqişəyə Pezeşkianın Təbrizdə keçirdiyi görüşlə eyni vaxtda Tehranda yaşayan bir qrup azərbaycanlının da dəstək mitinqi keçirməsi səbəb olub.
Qalibafın tərəfdarları türkcə dəstək şüarları səsləndirən azərbaycanlılara hücum edib, dəstək aksiyasına mane olmağa çalışıblar. Yüzlərlə insanın iştirak etdiyi kütləvi davada onlarla şəxs yaralanıb, Pezeşkian tərəfdarı azərbaycanlılardan bir neçəsi saxlanılıb.
Qeyd edək ki, son rəy sorğularının nəticələrinə əsasən, Məsud Pezeşkian bütün rəqiblərindən irəlidədir.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...