Azərbaycan əsgərlərinin Türkiyə milisinin Avro-2024 çərçivəsində Çexiya üzərindəki qələbəsinə verdiyi reaksiya sosial şəbəkələrdə gündəm olub.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi X hesabında əsgərlərin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 106-cı ildönümündə Türkiyə millisinin qələbəsinə sevinci ilə bağlı paylaşım edib.
“Can Azərbaycandan bizim uşaqlara tam dəstək. Bu gün 106-cı ildönümünü qeyd edən Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Türkiyə milli komandasının oyunlarını həyəcanla izləyərək Cenk Tosunun qalibiyyət gətirən qoluna belə sevindilər. Təşəkkürlər, Qarabağ aslanları. Hər zaman bir və bərabərik” – paylaşımda qeyd olunur.
Nazirliyin paylaşımından sonra görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində sürətlə yayılmaöa başlayıb və gündəm olub.
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü
- Melaniya məndən cəld reaksiya verdi - Tramp
- Bu gün 55 mindən çox şagird imtahan verir
- FHN silsilə tədbirlərə başladı: Əhalinin davranış qaydaları...