İrəvandan fransız məmurlara xəbərdarlıq: Mane olursuz!

12:34 - 26 İyun 2024 - GÜNDƏM

 İrəvandan fransız məmurlara xəbərdarlıq: Mane olursuz!

Ermənistanın Fransadakı Səfirliyi bu ölkənin məmurlarına Qarabağla bağlı xəbərdarlıq edib.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet yazır ki, səfirlik Qarabağ ermənilərinin dərhal Azərbaycana geri qaytarılmasını rəsmi görüşlərdə tələb edən fransız məmurlardan bu mövqelərindən əl çəkmələrini xahiş edib. Erməni diplomatlar fransızlara çatdırıblar ki, belə bəyanatlar Ermənistan münasibətlərinə və sülh müqaviləsinin imzalanma prosesinə ciddi maneə yaradır.

Qəzet həmçinin yazır ki, Qarabağ ermənilərinin geri qaytarılması böyük güclərin artıq gündəmin deyil. Onun gündəmə gəlməsinin isə Ermənistan hakimiyyətinin bu məsələni dövlət siyasətinin bir parçası edəcəyi halda mümkün ola biləcəyi vurğulanıb. Lakin “Hraparak” Ermənistan hakimiyyətinin hələlik bunda maraqlı olmadığını bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Şəkili Pərviz yenə saxlanıldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol