Dünən axşam anidən halım pisləşdi. Elə bildim ölürəm. Dərhal məni Kliniki Tibbi Mərkəzinin (“Semaşko”) təcili yadım bölməsinə yerləşdiriblər.
Kult.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a şair Rüstəm Behrudi xəstəxanaya yerləşdirilməsi haqda danışarkən deyib.
O, gecəni reanimasiyada qaldığını bildirib:
“Gecə heç özümdə olmamışam. Məni gecə saat 01:00-da “Semaşko”nun reanimasiyasından tez “Avrasiya” Hospitala köçürüblər. İndi reanimasiyada yox, palatadayam. Əvvəl ürəyimdən şübhələndik. Amma bir məsələ də var ki, mən xərçəngdən əməliyyat olunmuşam. Birinci dedilər, onunla bağlı ola bilər, ya da zəhərlənmişəm. Lakin mən ürək ağrısı ilə xəstəxanaya gəlmişəm. Hazırda müalicəm davam etdirilir. Dəqiq diaqnozu mənə hələ demirlər”.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü