Xəbər verdiyimiz kimi, azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinən ilahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.
BUTA.TV-ın əldə etdiyi məlumata görə, “ilahiyyatçı” kimi təqdim olunan Hacı Salman Kamiloğlunun Qafqaz Müsəlmanları İdarəsində din xadimi kimi qeydiyyatda deyil.
Azərbaycan İlahiyyat İnstitutunun mətbuatla iş üzrə baş mütəxəssisi Ayşən Aslanova da açıqlamasında sözügedən şəxsin təhsil qurumunun əməkdaşı olmadığını bildirib.
Ümumiyyətlə, bir neçə dəfə “ilahiyyatçı” qismində açıqlama verməsinə rəğmən, Salman Kamiloğlu haqda bilgi yoxdur – onun harada təhsil aldığı, harada çalışdığı bilinmir.
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
- Xocalı sakini Ağdərədə minaya düşdü