Xəbər verdiyimiz kimi, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.
BUTA.TV Gununsesi.info-ya istinadən xəbər verir ki, onun evində olmasına dair polisə daxil olan məlumatdan sonra qarşıdurmada həlak olan polis əməkdaşları onun mənzilinə gedib.
Əvvəlcə polislərlə normal danışan Rövşən Allahverdiyev paltarını dəyişmək adıyla mənzilinə daxil olub və oradan ov tüfəngini götürərək qarşısındakıları güllələyib.
Onun növbəti hədəfi isə səs-küyə gələn qonşusu olub. Belə ki, Rövşənin atdığı növbəti güllə qonşusunun da həyatına son qoyub.
- FHN bu məktəb-liseydə təlim keçirəcək
- Prezident Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış oldu
- Prezident yeni nəsil metro qatarları ilə tanış oldu
- 9 ayda 35 nəfər bu səbəbdən öldü
- “PAŞA Bank”ın vaxtı keçmiş kreditləri 58% artıb
- Qaradağda sürücünü soyan 3 nəfər saxlanıldı
- Neftçalada "Muravey" aşdı, sürücü öldü
- Ərdoğan Azərbaycanı bu siyahıdan çıxardı