Müəllimlərin işə qəbulu (MİQ) üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər: "İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".
Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub: "Təkrar sertifikatlaşdırılma imtahanından sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesinə başlanılıb. Test mərhələsi başa çatandan sonra vakant yerlər müəllimlərə təqdim olunacaq".
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat