Xəbər verdiyimiz kimi, Ermənistan ötən gün Fələstini dövlət kimi tanıdığını elan edib.
BUTA.TV xəbər verir ki, Ermənistanın bu qərarını ilk alqışlayan ölkə Türkiyə oldu.
Bunun ardınca Misir, Qətər, Səudiyyə Ərəbistanı, Livan, İordaniya, Oman, Küveyt də Ermənistanın qərarını alqışladıqlarını açıqladılar.
Maraqlıdır ki, Fələstinə dəstək, İsrailə isə qarşı qəti mövqe tutduğunu bildirən İran hələlik heç bir reaksiya verməyib. Bu isə 18 iyunda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığına diqqəti çəkib. Belə ki, məhz bu danışıqdan sonra Ermənistanın Fələstin dövlətini tanıması qərarını elan etməsi İrəvanın Ankara ilə münasibətləri normallaşdırmaq istəyi kimi yozulur. İran isə Türkiyənin bu məsələdə də regionda söz sahibi olması səbəbindən indiyə qədər Ermənistanın qərarını dəstəklədiyini açıqlamayıb.
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü
- Tiflisdə azərbaycanlı qadın öldürüldü – Təfərrüat