"Fənərbağça" klubunun hücumçusu Mitçi Batşuayi "Qalatasaray" klubu ilə rəsmi olaraq müqavilə imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “NTVsport” məlumat yayıb.
Bildirilib ki, 2022-ci ildə "Çelsi"dən "Fənərbağça"ya transfer olunan belçikalı forvard yeni mövsümdən etibarən "Qalatasaray"ın şərəfini qoruyacaq.
"Qalatasaray" rəsmiləri isə bu məsələ ilə bağlı ətraflı açıqlamanı daha sonra verəcəklərini bildiriblər.
Qeyd edək ki, Mitçi Batşuayi bu mövsüm çıxdığı 43 oyunda 24 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü