İran prezidentliyinə namizəd Məsud Pezeşkianın vəkili Məhəmməd Fəzli seçkiqabağı televiziya debatı zamanı qarşı tərəfə etiraz olaraq mikrofonu çıxararaq studiyada yerə çırpıb.
BUTA.TV xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Debatda ekspert kimi iştirak edən Şahab İsfəndiyari bildirib ki, Məhəmməd Fəzli qanunları pozduğu üçün universitetdən və professorlar siyahısından çıxarılıb. Bununla da Fəzli ali təhsilin statusuna zərbə vurub.
M.Fəzli Ş.İsfəndiyarini “yalan” danışmaqda və yaymaqda ittiham edib. Bunun ardınca vəkillə ekspert arasında mübahisə yaranıb. Aparıcı hər ikisinin mikrofonunu söndürüb. Məsud Pezeşkianın vəkilinin cavab verməsi üçün şərait yaradılması ilə bağlı müraciətinə aparıcı məhəl qoymayıb. Bundan sonra M.Fəzli duraraq mikrofonu çıxarıb və onu studiyaya çırparaq debat keçirilən yeri tərk edib.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü