“Starlink” və onun kimi peyklər Yerin qoruyucu ozon təbəqəsini zədələyə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Cənubi Kaliforniya Unibersitetinin araşdırmasında qeyd olunub.
“Missiyasının sonunda peyklər orbitdən çıxaraq atmosferin yuxarı qatında yanır. Kiçik bir peyk yandıqda təxminən 30 kq alüminium oksidi əmələ gəlir. Təkcə 2022-ci ildə peyk yanmaları təxminən 17 ton kiçik alüminium oksidi hissəcikləri yaradıb”, - araşdırmada bildirilib.
Məlumata görə, “Speys X” artıq 6000-dən çox peyk buraxıb və onların sayı artmaqda davam edir.
Qeyd edək ki, alüminium oksidləri ozon təbəqəsini məhv edir. Tədqiqatçılar xəbərdarlıq edirlər ki, onlar atmosferdə qala və onilliklər ərzində ozon təbəqəsini məhv edə bilər.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü