Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb.
BUTA.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi "Zirə"nin də rəqibi müəyyənləşib.
Səpələnməmişlər səbətində yer alan "Zirə" “Şerif”ə (Moldova) rəqib olub.
Rəşad Sadıqovun komandası ilk matçını iyulun 11-i səfərdə, cavab görüşünü isə iyulun 18-də Bakıda keçirəcək.
Azərbaycanı avrokuboklarda təmsil edəcək digər komandalar - "Qarabağ" (ÇL) və "Sabah"la (KL) "Sumqayıt" (KL) isə mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 19-da atılacaq. Avropa Liqasında da 2-ci mərhələnin püşkatma mərasimi sabah keçiriləcək.
- Benzin bahalaşacaq? - Video
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü
- Kürün bu hissəsində su artımı stabilləşdi
- Sabahın havası bu insanlar üçün əlverişsiz olacaq
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Buraxılış imtahanından qayıdan şagirdlər qəzaya düşdü