Aparıcılar Tural Əsədov və Afaq Gəncəli "Azərbaycan Televiziya və Radio verilişləri” QSC-ni (AzTV) məhkəməyə verib.
OLAY-ın əldə etdiyi məlumata görə, buna səbəb onların "Düşən Pullar” layihəsində qazandıqları məbləğin hələ də verilməməsi olub. Belə ki, Turalla Afaqın verilişdə udduğu 35 min manat onlara təqdim edilməyib. Onlar işlərini hüquqi çərçivədə həll etmək qərarına gəliblər.
Qeyd edək ki, bir müddət öncə T. Əsədov bununla bağlı "Qapqara” verilişində danışmış, o, Afaqla 35 min udduqlarını, lakin proqramın efirə getmədiyini və pullarının verilmədiyini demişdi.
Turala cavab olaraq "Düşən pullar”ın aparıcısı Şəhriyar Əbilov OLAY-a müsahibəsində bölümlərin kanalın təyin etdiyi sıra ilə efirə getdiyini və həmkarlarının yarışdığı proqramın ən yaxşı vaxta saxlanıldığını demişdi.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü