Bəzən “sürətli” ilə “yüksək sürətli” qatar anlayışı səhv salınır. Amma fərqlidir. Azərbaycanda sürətli dəmir yollarıdır.
Bu sözləri BUTA.TV-a nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev Azərbaycanda sürət qatarları və sürətli dəmir yolları haqda danışarkən deyib.
“Marşrut boyu sürəti 91 km/s-dən çox və marşrutun ən azı bir hissəsində maksimum sürət 141 km/s-dən çox, lakin 200 km/s-i aşmayan hədd sürətli dəmir yolu adlanır. Maksimum sürət 200 km/saatı keçərsə, belə bir xətt yüksək sürətli sayılır. Azərbaycanda isə sürət həddi 100-140 km/saatdır. Göründüyü kimi, maksimal sürət 140-dır və bu, sürətli dəmir yol hesab olunur. Yüksək sürətli üçün gərək yüksək də sərnişin axını olsun. O növ dəmir yolları ayrı olur. Orada yalnız sərnişin qatarları hərəkət edir, bizdə isə kombinə olunmuşdur, yük və sərnişin qatarı eyni yolda hərəkət edir”.
Ekspert bildirib ki, yüksək sürətli sərnişin daşımanın qiyməti də baha olur və indiki halda Azərbaycanda buna ehtiyac yoxdur.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü