NATO Rusiya və Çindən artan təhlükəyə önləm almaq məqsədi ilə nüvə silahlarını döyüşə hazır vəziyyətə gətirmək - daha çox nüvə silahı yerləşdirmək, onları anbardan çıxarmaq və gözləmə rejimində saxlamaq üçün danışıqlar aparır.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “Teleqraf” qəzetinə deyib.
O bildirib ki, nüvə şəffaflığı NATO-nun alyansı daha təhlükəli bir dünyaya hazırlamaq üçün nüvə strategiyasının təməl daşı olmalıdır:
“NATO-nun məqsədi, əlbəttə ki, nüvə silahı olmayan bir dünyadır. Lakin nüvə silahı mövcud olduqca biz ittifaq olaraq qalacağıq. Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olub, NATO-nun isə olmadığı bir dünya daha təhlükəli bir yer olar”, - o bildirib.
Xatırladaq ki, Y.Stoltenberq keçən həftə nüvə silahlarının NATO-nun son təhlükəsizlik zəmanəti və sülhü qorumaq vasitəsi olduğunu söyləyib.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü