Sərhəd delimitasiyası Nerkin Handda da aparılmalıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Sünikə (Zəngəzur) səfəri zamanı sərhədlərin delimitasiyası məsələsindən danışarkən deyib.
O, delimitasiyadan sonra Əskiparada quraşdırılan tikanlı məftilləri Nerkin Hand sakinlərinə misal çəkib.
“Əskiparada delimitasiyadan sonra indi vəziyyət belədir: hasar çəkilib, təhlükəsizlik təmin olunub, oradan nə inək, nə də adam keçməyəcək, gecələr insanlar rahat yatır. Camaat, burada da eyni şeyi etməliyik, çünki həll yolu budur”, – deyə o, sakinlərlə söhbətində bildirib.
Qeyd edək ki, Nerkin Hand kəndi üç tərəfdən azərbaycanlıların əhatəsində olsa da, erməni sakinləri təhlükəsizlik məsələsində narahatlıq ifadə etməyiblər.
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski
- Bakıda 16 yaşlı oğlan faciəvi şəkildə öldü
- Benzin bahalaşacaq? - VİDEO
- Yerdə tapılır: qramı 17 min manatdır...
- Azərbaycan toylarında böyük dəyişiklik: bəylə gəlin…
- EFES-2026: Hərbçilərimiz Türkiyəyə yola düşdü