Qazaxıstan Almaniyaya bir milyon tondan çox neft tədarük edəcək.
BUTA.TV Qazaxıstanın milli şirkəti olan “KazMunayGaz”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ilin ilk beş ayında bu ölkədən Almaniyaya təxminən 500 min ton neft göndərilib.
Bildirilir ki, iyun ayının 14-də “KazMunayGaz”ın idarə heyətinin sədri Asxat Xasenov Astanada “Karachaganak Petroleum Operating B.V.” şirkətinin baş direktoru Marko Marsili ilə görüşüb.
Tərəflər Qazaxıstan karbohidrogenlərinə Qərbi Avropada artan tələbat fonunda “Karachaganak” yatağından çıxarılan neftin ixracını müzakirə ediblər.
Qeyd olunub ki, 2023-cü ildə “Karachaganak” yatağından çıxarılan təxminən 1 milyon ton neft ilk dəfə “KazTransOil” və “Transneft” nəqliyyat sistemləri vasitəsilə Almaniyaya çatdırılıb.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı