Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında turnirin ən erkən qolu vurulub.
BUTA.TV xəbər verir ki, bu rekorda Albaniya millisinin yarımmüdafiəçisi Nedim Bayrami imza atıb. O, B qrupunun ilk turunun İtaliya ilə oyununda matçın 23-cü saniyəsində fərqlənib.
Hazırda hesab 2:1 italiyalıların xeyrinədir.
Qeyd edək ki, bunadək Avropa çempionatları tarixində ən erkən qol rekordu Rusiya millisinin sabiq üzvü Dmitri Kiriçenkoya məxsus idi. O, Avro-2004-də Yunanıstanla matçın 68-ci saniyəsində rəqib qapısına yol tapmışdı.
- Mübahisə düşdü, 2 nəfər qətlə yetirildi
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı