İsveçdə ömürlük həbsdə olan İranın keçmiş prokuror müavini Həmid Nuri azadlığa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi məlumat verib.
O bildirib ki, Omanın vasitəçiliyi ilə İran və İsveçin aidiyyəti orqanlarının apardığı danışıqlar nəticəsində İranın keçmiş prokuror müavini Həmid Nuri həbsdən azad olunub və yaxın vaxtlarda o İrana gələcək.
Qeyd edək ki, 62 yaşlı Nuri 1988-ci ildə İranda ən azı 5000 məhbusun edamında oynadığı rola görə "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və qətl"də təqsirli bilinib. 2022-ci ilin iyulunda ona ömürlük həbs cəzası verilib.
- Mayda 14 gün qeyri-iş günü olacaq
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb